İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib

14:52 - 17 / 03 / 2017
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib

Prezident İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsinin razılıq doğurduğu bildirildi, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edildi. Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
766

Son xəbərlər

Bütün xəbərlər