Yunanıstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb | 1news.az | Xəbərlər
Siyasət

Yunanıstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

15:53 - 17 / 03 / 2017
Yunanıstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyan adlı şəxsin 13-15 mart tarixlərində Yunanıstana səfəri ilə əlaqədar Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözügedən məsələ ilə bağlı Azərbaycanın narazılığı və narahatlığı çatdırılıb.

Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, iki ölkə arasında dostluq münasibətlərinin əsasını təşkil edən və 2014-cü ildə iki ölkənin XİN-ləri arasında imzalanmış Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandumda əksini tapan suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliklə ziddiyyət təşkil edir.

Həmçinin görüşdə Yunanıstan vətəndaşlarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin qarşısının alınması üçün Yunanıstan tərəfindən öz vətəndaşlarına bu kimi səfərlərin qeyri-qanuniliyi və hüquqi məsuliyyət ehtiva etməsi barədə xəbərdarlıq edilməsi təklif olunub.

Səfir Dimitrios Tsounqas ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və məsələ ilə əlaqədar Azərbaycanın narahatlıq və narazılığının ölkəsinə çatdırılacağını deyib.

Yunanıstanın Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə bildirilib ki, bu “şəxsi səfər” xarakteri daşıyır və K.Mirzəyan adlı şəxslə heç bir hökumət rəsmisi görüş keçirməyib.

Ümumiyyətlə, Avropa İttifaqı tərəfindən digər separatçı rejimlərin “nümayəndələri”nə tətbiq edilən səfər qadağasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə münasibətdə bəzi üzv dövlətlər tərəfindən seçimli tətbiqi ciddi təəssüf və narahatlıq doğurur. K.Mirzəyan və qondarma rejimin digər “nümayəndə”ləri Ermənistanın diplomatik pasportları ilə xarici səfərləri həyata keçirirlər. Bu kimi təxribatçı səfərlər aqressiv separatizm, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət etməklə bərabər, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir və regionda vəziyyətin gərginləşməsinə xidmət edir.

1news.az

Paylaş:
758

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47
Bütün xəbərlər