Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” mükafatına layiq görülüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” mükafatına layiq görülüb

16:35 - 17 / 03 / 2017
Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” mükafatına layiq görülüb

2016-cı ilin yekunlarına əsasən Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin təşviqi və stimullaşdırılması məqsədilə keçirilən tədbirdə Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında 1-ci yerə layiq görülüb.

Eyni zamanda Bank Respublika “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə 2-ci yeri” qazanıb.

Bank Respublika müştərilərə göstərilən xidmət çeşidinin genişləndirilməsi və şərtlərinin optimallaşdırılmasına xüsusi önəm verir və məsafəli bankçılıq sahəsində aşağıda sadalanan xidmət növlərini istifadəyə verib:

- İstifadəçilərin rəğbətini qazanmış “İnternet Şöbəsi” (www.bankim.az) vasitəsilə geniş çeşiddə bank məhsullarından faydalanmaq imkanı;

- Xarici görünüşü və funksionalı tamamilə yenilənmiş “Mobil Şöbə” əlavəsi.

- eManat terminalları üzərindən pul köçürmələrini təmin edən “Vektor” ölkədaxili pulköçürmə sistemi

- “9144 SMS bankçılıq” xidməti vasitəsilə bank hesabları, kreditləri, plastik kartlar və depozitləri üzrə məlumat almaq mümkündür

- Kredit borclarını bankomat və bankın rəsmi səhifəsində “cari hesaba mədaxil” xidməti vasitəsilə onlayn ödəməyə imkan yaradan xidmət;

- Vəsaitlərin cari hesaba yatırılması əməliyyatlarının MilliÖN və eManat terminalları vasitəsilə həyata keçirilməsi və digər xidmətlər;

Müştərilərə daha operativ və əlverişli xidmət növlərinin göstərilməsi məqsədilə Bank Respublika elektron bankçılıq sahəsində yeni layihələr üzərində çalışır.

Paylaş:
843

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər