Bakıda Novruz şənliyi ilə əlaqədar bağlanacaq yolların SİYAHISI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Novruz şənliyi ilə əlaqədar bağlanacaq yolların SİYAHISI

21:58 - 17 / 03 / 2017
Bakıda Novruz şənliyi ilə əlaqədar bağlanacaq yolların SİYAHISI

Bakı yol polisi gücləndirilmiş iş rejiminə keçib.

1news.az Trend-ə istinadən xəbər verir ki, Novruz bayramı ərəfəsində paytaxtda təhlükəsizliyin təmin edilməsi ilə bağlı yol polisi gücləndirilmiş iş rejimində xidmətə başlayıb:

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, yol polisi Novruz tədbirlərinin keçirildiyi əraziləri nəzarətə götürüb və təhlükəsizliyi təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirəcək.

V.Əsədov bildirib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin nəzərinə çatdırır ki, sabah keçirilən bayram tədbirləri ilə əlaqədar Qoşa Qala qapısı - Gənclər meydanı istiqamətində, eləcə də İçərişəhər, Qız Qalası və Qız Qalası ətrafı, həmçinin Dənizkənarı Milli Park, yəni Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə təhlükəsizliyin təmin edilməsi məqsədilə, tədbirlər tam başa çatana qədər məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

1news.az

Paylaş:
757

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər