Su sayğaclarına qənim kəsilən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Su sayğaclarına qənim kəsilən şəxs tutulub

15:48 - 19 / 03 / 2017
Su sayğaclarına qənim kəsilən şəxs tutulub

Cəlilabad rayonunda su sayğaclarını oğurlayan şəxs saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki 5 evin həyətindən su sayğacları oğurlamaqda şübhəli bilinən şəhər sakini Rayəddin Əhmədov tutulub.

Ətrafında aparılan tədbirlərlə onun martın 17-nə keçən gecə daha 7 şəhər sakininə məxsus həyətyanı sahədən su sayğacları oğurlaması da müəyyən edilib.

1news.az

 

Paylaş:
959

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər