Qanada qasırğa nəticəsində 20 şagird həlak olub | 1news.az | Xəbərlər
Dünya

Qanada qasırğa nəticəsində 20 şagird həlak olub

1news Redaksiyası16:05 - 20 / 03 / 2017
Qanada qasırğa nəticəsində 20 şagird həlak olub

Qanada baş vermiş qasırğa nəticəsində azı 20 yuxarı sinif şagirdi həlak olub.

1news.az-ın məlumatına görə, hadisə ölkənin mərkəzi bölgəsində, məktəblilərin məşhur Kintampo şəlaləsinə ekskursiyası zamanı baş verib.

Qasırğa nəticəsində bir neçə ağac kökündən çıxaraq məktəblilərin üstünə aşıb. Nəticədə 18 nəfər hadisə yerində, daha ikisi xəstəxanada ölüb.

1news.az

 

Paylaş:
911

Son xəbərlər

Bütün xəbərlər