Bakıda “Təsviri sənət həftəsi” keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Təsviri sənət həftəsi” keçiriləcək

17:54 - 20 / 03 / 2017
Bakıda “Təsviri sənət həftəsi” keçiriləcək

Azərbaycan Rəssamlar İttifaqı ənənəvi olaraq bu il də Novruz bayramı münasibətilə “Təsviri sənət həftəsi” keçirəcək.

1news.az-ın Rəssamlar İttifaqına istinadən verdiyi xəbərə görə, martın 24-də saat 12:00-da V.Səmədova adına Sərgi Salonunda kütləvi informasiya vasitələrin iştirakı ilə konfrans, saat 15:00-da “Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi-müsabiqə təşkil olunacaq.

Martın 25-də saat 12:00-da İçərişəhərdə “Uşaqların ən yaxşı rəsmi” adlı müsabiqə, martın 27-də isə saat 12:00-da V.Səmədova adına Sərgi Salonunda qüsurlu uşaqların əsərlərindən hərrac-satış keçiriləcək. Satışdan əldə edilən vəsait təmənnasız olaraq uşaq evlərinə veriləcək.

Martın 28-də saat 12:00-da Bakıdakı Humanitar Kollecdə təhsil alan şagirdlərin görkəmli Azərbaycan rəssamları ilə görüşünün təşkili, həmçinin Bilgəh, Mərdəkan və Buzovna qəsəbələrindəki uşaq və qocalar evlərinə hədiyyələrin təqdim edilməsi planlaşdırılıb.

Martın 29-da saat 16:00–da C.Naxçıvanski adına Hərbi Liseydə Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı, rəssam İntiqam Ağayevin fərdi sərgisi açılacaq.

“Təsviri sənət həftəsi”nə martın 30-da V.Səmədova adına Sərgi Salonunda “Bahar sərgisi” ilə yekun vurulacaq.

1news.az

 

Paylaş:
919

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər