Bakıda “London Taxi”nin vurduğu piyada ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “London Taxi”nin vurduğu piyada ölüb

12:43 - 20 / 03 / 2017
Bakıda “London Taxi”nin vurduğu piyada ölüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, martın 19-da saat 21 radələrində Xətai rayonunun X.Rüstəmov küçəsində Ağdam rayon sakini Ruslan Nuriyev idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Hüseyn Qafarovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
897

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər