Baş Dövlət Yol Polisi İdarəsi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib

14:48 - 22 / 03 / 2017
Baş Dövlət Yol Polisi İdarəsi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi respublika ərazisində taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

DYP-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, son bir neçə ildə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması istiqmətində xeyli iş görülüb, nəticədə ölkəyə turist axını xeyli sayda artıb:

“Lakin təəssüflə qeyd etməliyik ki, nəqliyyat sahəsində çalışan ayrı-ayrı şəxslər tərəfindən pərakəndə şəkildə taksi fəaliyyətinin göstərilməsi, istismar müddəti çox olan, təhlükəsizlik tələblərinə cavab verməyən texniki nasaz avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi görülən irimiqyaslı işlərin üzərinə kölgə salır, xarici vətəndaşlarda ölkəmiz haqqında xoşagəlməz təəssürat yaradırlar.

Məlumat üçün bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı, daşımaları müəyyən edilmiş ərazi hüdudlarında, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi minik avtomobili «Taksi» tanınma nişanları ilə avtomobilin damında müvafiq fənərlə, sağ və sol qapılarda şahmat qaydasında yerləşdirilmiş damalarla təchiz olunmalı, onun salonunda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli və daşıyıcının (fiziki və ya hüquqi şəxsin) adı, ünvanı, telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır. Taksi sürücüləri avtomobillərini harada gəldi deyil, yalnız müvafiq təşkilatlar tərəfindən müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər".

BDYP İdarəsi bir daha taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırır ki, qeyd olunan tələblərə cavab verməyən, habelə “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə, eləcə də taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə cavabdeh şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

1news.az

Paylaş:
830

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər