Sabirabadda evdə partlayış olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda evdə partlayış olub

12:29 - 22 / 03 / 2017
Sabirabadda evdə partlayış olub

Sabirabad rayonunda evdə yanğın hadisəsi baş verib.  

1news.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış qeydə alınıb. Nəticədə evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1news.az

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər