Bayram günləri yol qəzalarında ölənlərin sayı 11-ə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günləri yol qəzalarında ölənlərin sayı 11-ə çatıb

11:50 - 25 / 03 / 2017
Bayram günləri yol qəzalarında ölənlərin sayı 11-ə çatıb

Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir.

1news.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya məlumat verilib.

İdarədən bildirilib ki, ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bununla da martın 19-dan 25-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 32-yə çatıb. Həmin qəzalarda 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb.

1news.az

Paylaş:
639

Son xəbərlər

Bütün xəbərlər