Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, dağlıq rayonlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, dağlıq rayonlarda qar yağacaq

13:17 - 27 / 03 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, dağlıq rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi  ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 10-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  757  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 80-90 gündüz 60-70 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 28-də bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə  arabir  güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 12-17, bəzi yerlərdə 21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Meteoroloqların xəbərdarlığına görə, martın 28-də ölkə ərazisində hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.  Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

1news.az

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər