Perunun “El Peruano” qəzetində Novruzla bağlı məqalə dərc edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Perunun “El Peruano” qəzetində Novruzla bağlı məqalə dərc edilib – FOTO

10:46 - 27 / 03 / 2017
Perunun “El Peruano” qəzetində Novruzla bağlı məqalə dərc edilib – FOTO

Azərbaycan Respublikasının Meksikadakı səfirliyinin Lima ofisinin rəhbəri Mehdi Məmmədovun Perunun nüfuzlu mətbu orqanlarından biri olan “El Peruano” qəzetində Novruz bayramına həsr olunmuş məqaləsi dərc edilib.

Səfirlikdən 1news.az-a verilən məlumata görə, məqalədə Azərbaycanın qədim adət-ənənələrinin təcəssümü olan Novruz bayramının mahiyyəti haqqında Peru oxucularını məlumatlandıraraq, bayram ənənəsinin nəsildən-nəsilə zəngin mədəni irs olaraq ötürülməsindən, onun sülh və həmrəylik rəmzi olmasından bəhs edib.

Məqalədə bu bayram çərçivəsində Azərbaycan folklorundan, milli mətbəxindən və digər adət-ənənələrindən söz açılır.

Burada həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni sərvətlər siyahısına daxil edilməsində xüsusi rolu qeyd edilir.

1news.az

                                                                                                         

 

Paylaş:
721

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər