Azərbaycanda yoxa çıxan eşşəklər dönərxanalardadır? - Rəsmi açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yoxa çıxan eşşəklər dönərxanalardadır? - Rəsmi açıqlama

11:04 - 27 / 03 / 2017
Azərbaycanda yoxa çıxan eşşəklər dönərxanalardadır? - Rəsmi açıqlama

Azərbaycanda 5000 eşşəyin yoxa çıxması məsələsi bayram günlərində ən çox müzakirə olunan mövzu oldu.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərində, ictimaiyyət arasında bu məsələ xeyli maraq doğurub.

İnsanların bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, eşşəklərin yoxa çıxmasının səbəbi onun ətinin dönərxanalarda istifadə edilməsidir.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib.

“Qafqazinfo” 5000 eşşəyin yoxa çıxmasının səbəbləri ilə maraqlanıb.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirib ki, eşşəklərin yoxa çıxmasının birinci səbəbi yeni nəslin doğulmaması ilə bağlıdır:

“Bu, o deməkdir ki, 5000 yeni eşşək doğulmayıb ki, artım olsun. Bütün canılıar kimi eşşəklər də ömrünü başa vurub təsərrüfatdan çıxırlar. Bundan əlavə, insanlar eşşəklərin yeni nəslinin doğulub törəyib artmasında maraqlı deyillər. Məsələn, qoyunçuluqda hamı cəhd edir ki, bir ildə heç olmasa bir, yaxud iki quzu alsın. Maldarlıqda çalışırıq ki, hər inəkdən bir buzov alaq. Ancaq təkdırnaqlı heyvanlarda atlarda və eşşəklərdə elə bir stimulverici motiv yoxdur. Ona görə də təbii ki, eşşəklər ehtiyaca uyğun olaraq azalır.

Üçüncüsü, eşşəklər, atlar, qatırlar nəqliyyat vasitəsi kimi istifadə olunur. Ancaq kiçik həcmli, müxtəlif növlü nəqliyyat vasitələri meydana çıxdıqca onlara ehtiyac azalır. Ona görə də insanlar yeni nəslin törəyib artmasında maraqlı deyillər”.

Şöbə müdiri yoxa çıxan eşşək ətindən dönərxanalarda istifadə olunması məsələsinə də cavab verib. O, vətəndaşlardan xahiş edib ki, əgər kimsə eşşək ətindən dönərxanalarda istifadə olunduğunu bilirsə, Dövlət Baytralıq Nəzarəti Xidmətinə müraciət etsin. Onlar da mütəxəssis səviyyəsində bunu araşdırsın:

“Elə-belə kənardan, fakt, sübut olmadan bunu demək düzgün deyil. Bir məsələdə kimsə subyektiv fikrini deyirsə, bu, o demək deyil ki, faktlara söykənir. Ancaq kimdəsə elə fakt vars müraciət etsin və araşdırılsın”.

Məsələ ilə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sözçüsü Yolçu Xanvəli bildirib ki, qurumun apardığı reydlər və ekspertiza laboratoriyalarında keçirilən araşdırma zamanı eşşək ətindən dönərxanalarda istifadə olunması faktına rast gəlinməyib.

1news.az

Paylaş:
498

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər