Oqtay Əsədov Sankt-Peterburqda ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Oqtay Əsədov Sankt-Peterburqda ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşüb

17:46 - 28 / 03 / 2017
Oqtay Əsədov Sankt-Peterburqda ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşüb

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti xanım Kristine Muttonen ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan parlamentinin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivlərindən danışaraq təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə, Minsk qrupunun həmsədrlərinin daim dəyişməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb. Milli Məclisin spikeri qeyd edib ki, danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır.

Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müzakirələrdə ikili standartlara yol verildiyini, özlərini insan haqlarının müdafiəçisi sayan qurumların Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün taleyinə laqeyd qaldıqlarını vurğulayan O.Əsədov deyib ki, işğalçı ölkə ilə əraziləri işğal edilmiş ölkə arasında bərabərlik işarəsinin qoyulması düzgün deyil.

ATƏT PA-nın prezidenti rəhbərlik etdiyi təşkilatın Azərbaycanla sıx əlaqələrindən məmnunluq ifadə edib, dünyada terrorizm dalğasının tüğyan etdiyi bir dövrdə bu əlaqələrin əhəmiyyətini vurğulayıb. K.Muttonen Minsk qrupu həmsədrlərinin görüşünün keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ATƏT PA-nın yeni seçilmiş vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev görüşdə iştirak edib.

1news.az

Paylaş:
509

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər