Bu gündən Gürcüstan üçün Avropa vizasız oldu | 1news.az | Xəbərlər
Siyasət

Bu gündən Gürcüstan üçün Avropa vizasız oldu

11:42 - 28 / 03 / 2017
Bu gündən Gürcüstan üçün Avropa vizasız oldu

Bu gündən Gürcüstan vətəndaşları Avropa ölklərinə vizasız səfər edə biləcəklər.

1news.az Trend-ə istinadən xəbər verir ki, Avropa Parlamenti bu il fevralın 2-də Brüsseldə keçirilən iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ("Şengen" vizası) ləğv olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu gün ilk vizasız səfəri Gürcüstanın baş naziri Giorqi Kvirikaşvili jurnalistlər və hökumət nümayəndələrinin müşayiəti ilə həyata keçirib. O, Tbilisi aeroportundan Afinaya uçub.

1news.az

 

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər