“İslam Oyunları zolağı”nın işarələnməsi işlərinə start verilir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“İslam Oyunları zolağı”nın işarələnməsi işlərinə start verilir – FOTO

17:05 - 29 / 03 / 2017
“İslam Oyunları zolağı”nın işarələnməsi işlərinə start verilir – FOTO

“Azəravtoyol” ASC tərəfindən bu ilin mayın 12-22-də Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın işarələnməsi işlərinə start verilir.

1news.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi xəbərə görə, "Oyunlar zolağı"nın çəkilişinə ilk olaraq Neftçilər prospekti "Azneft meydanı"ndan başlanılır.

“Bu məqsədlə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Neftçilər prospektinin "Azneft meydanı"ndan Əl Oyunları İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı"nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı-2017” sözləri yazılacaq”.

- “Oyunlar zolağı”nın Neftçilər prospektinə (Azneft meydanı - Bayraq meydanı),

- Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə,

- Bakı Dairəvi-1 avtomobil yoluna,

 - Moskva, Ziya Bünyadov və Atatürk prospektlərinə,

- Vaqif və Hənifə Ələsgərov küçələrinə,

- həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Azəravtoyol” ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

Zolaqlara nəzarət Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən həyata keçiriləcək. Kənar avtomobillərin zolaqlara girişi qadağandır.

Xatırladaq ki, bu ilin mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu oyunlar bütün İslam ölkələrindən 24 idman növü üzrə idmançıları birləşdirəcək.

1news.az

Paylaş:
1129

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər