Azərbaycanın işğal olunmuş ərazilərində Ginnesin rekordlar kitabına düşmüş erməni əsgəri öldürülüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın işğal olunmuş ərazilərində Ginnesin rekordlar kitabına düşmüş erməni əsgəri öldürülüb – FOTO

10:30 - 29 / 03 / 2017
Azərbaycanın işğal olunmuş ərazilərində Ginnesin rekordlar kitabına düşmüş erməni əsgəri öldürülüb – FOTO

Martın 28-də saat 13.00 radələrində Azərbaycanın işğal olumuş ərazilərində 1997-ci il təvəllüdlü erməni hərbçi Artak Edikoviç Rafaelyan sinəsindən ölümcül güllə yarası alıb.

20 yaşlı əsgər Ermənistanın Razdan şəhərinin Kotay vilayətindəndir. Onun ailəsi aztəminatlıdır.

Femida.az-ın erməni KİV-ə istinadla verdiyi xəbərə görə, pulemyotçu Artak Rafaelyanın nailiyyətləri Ginnesin rekordlar kitabına düşüb. Belə ki, o, 11011 dəfə jim edə bilirdi, həmçinin boksla məşğul olurdu.

Bundan əlavə qeyd edilir ki, rekordçu Azərbaycana qarşı aprel döyüşlərində iştirak edib, medal qazanıb.

Azərbaycanın 20% torpaqları – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır.

Ermənistanla Azərbaycan arasında 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə sülh danışıqları aparılır. Ermənistan Dağlıq Qarabağda status-kvonun və Azərbaycanın 20% torpaqlarının işğal altında saxlamaqda davam edir.

1news.az

 

Paylaş:
1000

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər