Cocuq Mərcanlıda 1479 ədəd qəlpə aşkar edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cocuq Mərcanlıda 1479 ədəd qəlpə aşkar edilib – FOTO

21:37 - 30 / 03 / 2017
Cocuq Mərcanlıda 1479 ədəd qəlpə aşkar edilib – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində apardığı təmizləmə əməliyyatları ilə bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1 479 ədəd qəlpə aşkar edilib, nəticə etibarilə 8 280 kv.m ərazi (462 kv.m əl ilə, 4 300 kv.m mexaniki üsulla və 3 518 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Cəmi 44 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilmiş, 22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 5 ədəd piyada əleyhinə mina (OZM-72) və 33 ədəd tank əleyhinə mina (9 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 1 267 487 kv.m ərazi (422 700 kv.m əl ilə, 360 300 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  371 487 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 30 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.

Keçirilmiş baxışlar zamanı 5 002 ədəd partlamamış hərbi sursat, 74 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 322 121 kv.m ərazi (477 334 kv.m əl ilə, 360 300 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  371 487 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

1news.az

Paylaş:
619

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər