Fransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıb | 1news.az | Xəbərlər
Siyasət

Fransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıb

10:47 - 30 / 03 / 2017
Fransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıb

Fransanın nüfuzlu "Libération" qəzeti "Ermənistan- Azərbaycan: Fransa münaqişəsinin sülh yolu ilə həllinə çalışmalıdır" başlıqla yazı dərc edib. Yazının  müəllifi “Paris Azərbaycan Evi”nin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasının Baş katibi Mirvari Fətəliyevadır.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri ərəfəsində dərc edilən məqalədə iki ölkə arasında mövcud əlaqələrdən, Azərbaycanın iqtisadi inkişafından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından bəhs olunur. Bildirilir ki, Prezident İlham Əliyevin Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edən səfəri münasibətlərin dinamik inikişafını təsdiq edir.

Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu vurğulayan müəllif bu illər ərzində ikitərəfli münasibətlərin inkişafını bir neçə amillə izah edir: “İlk olaraq, bu illər ərzində Fransa və Azərbaycan arasında əlaqələr cox yüksək səviyyədə inkişaf edib. İkincisi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hüquq dövləti qurmaq siyasəti, əhəmiyyətli iqtisadi, siyasi və institusional islahatlar həyata keçirərək, modernləşən, gənc demokratik, dinamik bir dövlətə çevrilib. 1998-ci ildə ölüm cəzası ləğv edilib. 1918-ci ildə qadınlara səsvermə hüququ verilib. Dini azadlıqların qorunması istiqamətində mühüm işlər görülüb. Şiə və sünni müsəlmanlar, xristianlar, yəhudilər qarşılıqlı hörmətlə yaşayır və tolerantlıq, dünyəvilik kimi ənənələr inkişaf edib. Bu günə qədər erməni əsilli təxminən 30 min vətəndaş, əsasən qarışıq ailələr, Ermənistanla münaqişəyə baxmayaraq, Bakıda və digər şəhərlərdə təhlükəsiz yaşayırlar”.

Daha sonra məqalədə Azərbaycan dövlətinin düşünülmüş və balanslı xarici siyasətinə diqqət çəkilir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra, qərblə, eləcə də Rusiya ilə bu günə qədər yaxşı əlaqələr saxlamağı bacardı. Beləliklə, biz -  Fransadakı Azərbaycan icması Prezident İlham Əliyevin Parisə rəsmi səfərini dəstəkləyirik. Bu rəsmi səfər ərəfəsində biz bir daha xatırladırıq ki, Dağlıq Qarabağ münaqişəsi bu gün həll olunmamış qalır. Ermənistan və Azərbaycan arasında 1988-ci ildən 1994-cü ilədək davam edən toqquşmalar Azərbaycan torpaqlarının (Dağlıq Qarabağ və yeddi ətraf rayonların) 20 faizinin işğalı və bir milyona yaxın azərbaycanlının qovulması ilə nəticələndi. Bu gün bir milyona yaxın qaçqın və məcburi köçkün Azərbaycan əhalisinin 10 faizini təşkil edir və Azərbaycan dünyada adambaşına düşən qaçqınların və məcburi köçkünlərin sayına görə birinci ölkədir. Bu etnik təmizləmə məqamı 1992-ci il fevralın 26-da əksəriyyəti qadın, uşaq və qoca olmaqla 613 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı olub. Ermənistanın indiki Prezidenti Serj Sarkisyan Xocalı soyqırımının törədilməsi ilə bağlı əmr verdiyini qərbli jurnalistlərə müsahibəsində açıq şəkildə etiraf edib", - məqalədə qeyd edilib.

M.Fətəliyeva münaqişənin həll üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladır: "Münaqişənin həlli üçün, onun tənzimlənməsi üçün əsas baza BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyən edilib. Bu qətnamələr öz ərazilərində Azərbaycana qarşı güc istifadə olunmasını və bu ölkənin torpaqlarının işğalını pisləyir, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edir. Onlar Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Mən özüm bu işğal olunmuş ərazilərin bir övladıyam və mən, ailəm birbaşa Azərbaycan xalqına qarşı törədilmiş dəhşətlərin, vəhşiliklərin şahidiyik. Fransada Azərbaycan icmasının adından, biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Fransa və beynəlxalq ictimaiyyətə üz tutaraq, bu təcavüzə reaksiya verməyə çağırır və Azərbaycanın ərazi bütövlüyünün sülh yolu ilə bərpa edilməsində bizə dəstək olmağa səsləyirik. Nəhayət, biz bütün tarixi həqiqətlərə məhəl qoymadan, özünü başladığı bir münaqişənin qurbanı kimi təqdim edən Ermənsitana səslənərək, artıq Dağlıq Qarabağ torpaqlarının işğaldan azad etməyə çağırırıq. İnanıram ki, birgə səylərimiz və ortaq insani dəyərlərimiz nəticəsində buna nail ola bilərik. Fransa ona həvalə olunan vasitəçilik rolu, hər iki ölkə ilə qurduğu əlaqələri vasitəsilə bu münaqişənin həllinə kömək edə bilər".

Məqalə ilə daha ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.liberation.fr/debats/2017/03/16/azerbaidjan-armenie-la-france-doit-contribuer-a-une-resolution-pacifique-du-conflit_1556124

1news.az

Paylaş:
817

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər