Novruz Məmmədov Mart soyqırımından yazdı: o zaman böyük dövlətlər bu qırğınlara göz yumdu
XX əsrin əvvəllərində, eləcə də 1918-ci ildə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilən qanlı soyqırım hadisələrini unutmamalıyıq.
1news.az-ın verdiyi xəbərə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.
“Təəssüf ki, o zaman böyük dövlətlər bu qırğınlara göz yumdu. Hadisəni törədənlər isə cəzasız qaldılar. Bundan istifadə edərək ermənilər əsrin sonlarında Xocalı soyqırımını törətdilər. Bu cür hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti hərtərəfli məlumatlandırmalıyıq. Beynəlxalq birlik və böyük dövlətlər ədalətli mövqe tutmalıdır”.
1news.az
741