Azərbaycan XİN: “Ermənistandan konstruktiv şəkildə substantiv danışıqlarda iştirakın tələb edilməsinə çağırırıq” | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN: “Ermənistandan konstruktiv şəkildə substantiv danışıqlarda iştirakın tələb edilməsinə çağırırıq”

19:27 - 01 / 04 / 2017
Azərbaycan XİN: “Ermənistandan konstruktiv şəkildə substantiv danışıqlarda iştirakın tələb edilməsinə çağırırıq”

“Aprel hadisələri nümayiş etdirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğu münaqişənin siyasi həlli üçün başlıca maneədir.

2016-cı ilin aprelində cəbhədə vəziyyətin gərginləşməsindən bir il ötür. 2 aprel 2016-cı ildə Ermənistan işğal olunmuş ərazilərdəki mövqeyindən atəşi intensivləşdirərək, qoşunların təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrini və Azərbaycanın nəzarətindəki yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır artilleriya və böyük kalibrli silahlardan hədəfə aldı. Ermənistanın bu hücumları və növbəti zorakı addımları nəticəsində Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qaldı, aralarında uşaqlar olmaqla 6 nəfər həlak oldu və 33 nəfər ağır yaralandı. Dövlət və özəl mülkiyyətə zərər yetirildi”.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə ötən ilin aprelində cəbhədə baş verən gərginliklə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan Respublikası silahlı qüvvələri tərəfindən ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyini təmin etmək və Ermənistanın növbəti təxribatlarının qarşısını almaq üçün zəruri əks-həmlə tədbirləri görüldü:

“Ermənistanın təxribatçı hücumları nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi xidmətçiləri arasında həlak olanlar və yaralananlar oldu. Ölümündən sonra Azərbaycan hərbi qulluqçularının cəsədlərində Ermənistan tərəfindən işgəncələrin törədilməsi halları da qeydə alındı.

5 aprel 2016-cı ildə Moskvada Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşdırıldı. Amma buna baxmayaraq, Ermənistan yenidən 26-27 aprel 2016-cı ildə təmas xətti boyunca yaşayış məntəqələri və kəndlərdə yaşayan mülki Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutdu.

Aprel hadisələri bir daha nümayiş etdirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu cəbhədə vəziyyətin gərginləşməsinin əsas səbəbidir və münaqişənin siyasi həlli üçün başlıca maneədir.

Aprel gərginliyindən sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin təşəbbüsü ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası Prezidentlərinin 16 may 2016-cı ildə Vyanada görüşü keçirildi. Rusiya Federasiyası Prezidentinin dəvəti əsasında 20 iyun 2016-cı ildə Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya Prezidentlərinin görüşü keçirildi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlar aparıldı.

O vaxtdan etibarən Ermənistan həyata keçirdiyi qərəzli siyasi-hərbi təxribatları və müxtəlif bəhanələri ilə təşəbbüsün saxlanmasına və Sankt-Peterburqda əldə edilmiş anlaşmaların konkret əməllərə keçirilməsinə, gərginliyin azaldılmasına imkan vermədi və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına başlamadı”.

Azərbaycan XİN bəyan edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin son bəyanatları və müharibə çağırışlı ritorikası və substantiv danışıqları boykot etməsi və qeyd-şərtlər irəli sürməsi açıq surətdə Ermənistanın konstruktiv şəkildə münaqişənin həllində niyyətli olmadığını göstərir:

“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi imkanlarını artırması, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişməsi danışıqlar prosesini pozmaq və Azərbaycan ərazilərinin ilhaqını həyata keçirmək kimi çirkin niyyətlərini aşkara çıxarır”.

XİN-in bəyanatında vurğulanıb ki, Azərbaycan Respublikası heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq. Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür:

“Münaqişənin həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərini öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, işğala əsaslanan status kvonun dəyişdirilməsi və regionda davamlı sülhün təmin olunması üçün Ermənistandan konstruktiv şəkildə substantiv danışıqlarda iştirakın tələb edilməsinə çağırırıq”.

1news.az

Paylaş:
537

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər