Sabah hava necə olacaq? - PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava necə olacaq? - PROQNOZ

13:12 - 02 / 04 / 2017
Sabah hava necə olacaq? - PROQNOZ

Aprelin 03-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 10-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacağı gözlənilir.

Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

1news.az

Paylaş:
1019

Son xəbərlər

Bütün xəbərlər