Avtomobilləqə qənim kəsilən şəxslər ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobilləqə qənim kəsilən şəxslər ələ keçdi

09:30 - 03 / 04 / 2017
Avtomobilləqə qənim kəsilən şəxslər ələ keçdi

Polis əməkdaşları Gəncə şəhərində avtomobillərdən oğurluq edən şəxsləri saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-dən martın 10-dək olan müddətdə Gəncə şəhəri ərazisində 13 avtomobildən pul, maqnitafon və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.

1news.az

 

Paylaş:
404

Son xəbərlər

Bütün xəbərlər