Əbu Dabidə Azərbaycan mədəniyyət gecəsi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Əbu Dabidə Azərbaycan mədəniyyət gecəsi keçirilib - FOTO

10:19 - 03 / 04 / 2017
Əbu Dabidə Azərbaycan mədəniyyət gecəsi keçirilib - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərhum qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, öz nəcib əməlləri ilə “Millətin Anası” kimi yüksək ada layiq görülmüş Əla Həzrət Şeyxə Fatimə bint Mübarəkin, həmçinin rəhbərlik etdiyi BƏƏ Baş Qadın Federasiyasının təşəbbüsü ilə cari ilin 26 mart – 04 aprel tarixlərində “Millətin Anası” festivalı keçirilir.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, federasiya ilə daha sıx təmasda olan diplomatik missiya rəhbərlərinin xanımları festival çərçivəsində açıq havada və yerli vətəndaşların sıx yaşadıqları “Əl-Batin” rayonunda dəniz kənarında Mədəniyyət Gecəsinin təşkil edilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüsə görə, yüzlərlə yerli tamaşaçının önündə milli rəqslər nümayiş olunur.

Səfir Daşqın Şikarovun xanımı Ülviyyə Şikarovanın Baş Qadın Federasiyasının rəhbərliyi ilə davamlı təmasları nəticəsində Mədəniyyət Gecəsinin açılışı Azərbaycandan başlayıb. Açılışdan öncə publika qarşısında çıxış edən Ü.Şikarova müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşdırılması, eləcə də yerli vətəndaşlarda digər mədəniyyətlər haqda aydın təsəvvürün yaradılması üçün yaradılan şəraitə görə Əla Həzrət Şeyxə Fatimə bint Mübarəkə təşəkkürünü bildirib və Əla Həzrətin zəngin çoxşaxəli fəaliyyətinə toxunub.

Fürsətdən istifadə edərək, Səfir xanımı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın beynəlxalq və regional fəaliyyətlərindən söz açıb. Heydər Əliyev Fondunun istər ölkənin daxilində, istərsə də xaricində səhiyyə, təhsil və digər humanitar sahələrdə gördüyü işlərdən geniş bəhs edib.

Ü.Şikarovun çıxışından sonra Səfirliyin nəzdində fəaliyyət göstərən “Qarabağ inciləri” rəqs ansamblının iştirakçıları Aliyə Şahhüseynova, Qumral Yusifova, Ceyla Musa, Nəsrin Elnur qızı və s. tərəfindən “Yallı”, “Sarı Gəlin”, “Ay Qaşı Gözü Qara Qız” kimi kollektiv və fərdi rəqs nümunələri ifa olunub və tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Səhnədə quraşdırılan böyük ekranda ölkəmizi təbliğ edən video çarxlar da rəqslər boyu izləyicilərin marağına səbəb olub.

1news.az

 

 

Paylaş:
611

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər