Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkar edilib – FOTO
Qanunsuz yolla İrandan Azərbaycana dərman vasitələri gətirmək istəyən şəxs saxlanılıb.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Heiman X-Ray” rentgen yük-yoxlama qurğusunda baxış keçirilib.
Baxış zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisində - çantalarda olan konfetlərin və qarışıq ərzaq mallarının arasında, eləcə də şəxsi geyim mallarına bükülərək gömrük nəzarətindən gizlədilmiş - 227 flakon “Mydrax 1%”, 390 həb “Alprazolam 0.5”, 300 kapsul “Pregabalin 150”, 200 həb “Clonazepam 2”, 300 həb “Phenobarbital 100” adlı dərman preparatları, 226,3 qram kalium permanqanat, təsir maddəsi tramadol olan 5750 həb və 35 ədəd “Clobetasol 0.05%” adlı maz aşkar edilib.
1news.az