Heydər Əsədov Qərb rayonlarının sakinləri ilə görüşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əsədov Qərb rayonlarının sakinləri ilə görüşəcək

20:16 - 04 / 04 / 2017
Heydər Əsədov Qərb rayonlarının sakinləri ilə görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov aprel ayının 7-də Ağstafa  rayonunda Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Nazirliyə (012-493-51-64; 050-352-06-27) və Ağstafa rayon Kənd Təsərrüfatı İdarəsinə (050-213-25-23) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

1news.az

Paylaş:
583

Son xəbərlər

Bütün xəbərlər