Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb | 1news.az | Xəbərlər
Rəsmi

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb

21:30 - 05 / 04 / 2017
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb

Prezident İlham Əliyevin “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Komissiyaya Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsi məqsədilə dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək tapşırılıb.

Həmçinin Komissiya Azərbaycanda təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları və Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri barədə hesabatların beynəlxalq standartlara uyğun təqdim olunması formasını və müddətlərini müəyyən edəcək.

Bundan başqa, Komissiya hesabatların toplanması və yoxlanılması üçün müstəqil, ixtisaslaşmış audit şirkətinin seçilməsini, toplanmış məlumatlar əsasında hesabat formasına uyğun olaraq ümumiləşdirilmiş hesabatını tərtib edəcək və onun mütəmadi şəkildə ictimaiyyətə açıqlanmasını təmin edəcək, hesabatlılığın təşkil olunmasının bütün mərhələlərində qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər ilə əməkdaşlıq quracaq.

Eləcə də, Komissiya Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsinə dair normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflər verəcək.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılacaq və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fonduna (ARDNF) həvalə ediləcək.

Komissiyanın tərkibini təqdim edirik:

Komissiyanın sədri

Şahmar Mövsumov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Komissiyanın üzvləri:

Natiq Abbasov – Azərbaycan Respublikası energetika nazirinin müavini

Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Yusif Yusifov – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini.

1news.az

 

Paylaş:
707

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər