Bakıda yerləşən 1-ci mikrorayonun yenidənqurmadan sonrakı görünüşü belə olacaq – FOTO – EKSKLÜZİV | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yerləşən 1-ci mikrorayonun yenidənqurmadan sonrakı görünüşü belə olacaq – FOTO – EKSKLÜZİV

14:40 - 06 / 04 / 2017
Bakıda yerləşən 1-ci mikrorayonun yenidənqurmadan sonrakı görünüşü belə olacaq – FOTO – EKSKLÜZİV

Bakının Nəsimi rayonunda, Moskva prospekti ilə Asif Məhərrəmov küçəsinin arasında yerləşən (20 Yanvar metrostansiyasına yaxın) 1-ci mikrorayonun yenidənqurmadan sonrakı planı hazırlanıb.

1news.az-a nüfuzlu mənbədən verilən məlumata görə, mikrorayonun yenidənqurulması, eləcə də oradakı evlərin sökülməsi mərhələli olaraq həyata keçirirləcək.

İlk növbədə yolun kənarındakı, Moskva prospektində yerləşən beşmərtəbəli evlər söküləcək. Mikrorayonda (Asif Məhərrəmov küçəsində) yerləşəşən digər beşmərtəbələrin sökülməsi məsələsi bir qədər gec, iqtisadi vəziyyətdən, layihə ilə bağlı tikinti şirkətinin marağından, sakinlərin istəklərindən və s. asılıdır.

“Bakıdakı digər mikrorayonlara gəlincə, demək istərdim ki, bu, pilot layihədir və 3 illiyinə hesablanıb. Məhz onun uğurlu davamı iqtisadi vəziyyətdən, layihə ilə maraqlanan tikinti şirkətlərindən, sakinlərin istəklərindən asılı olaraq asılıdır.

Hazırda birinci mikrorayonda çox işlər görüləcək. Yeni evlər tikmək, kommunikasiyaları keçirmək, məktəb, bağça, poliklinika, park və s. tikintisi ilə bağlı qiymətləndirmə aparılmalıdır. Bunun üçün də ciddi investisiya qoyuluşu tələb olunub”.

Qeyd edək ki, yenidənqurma işləri ilə bağlı xəbərlər buradakı evlərin qiymət artımına səbəb olub. 1news.az-ın apardığı sorğulara görə, maklerlər qiymətlərdə 10-20% artımı vurğulayıb.

“Nəzərə alsaq ki, mikrorayondakı sakinlər evlərindən köçürülmür, əksinə, onlara kirayədə yaşamaları üçün pul verilir, 3 ildən sonra isə yeni tikili evlərdə mənzilin açarları veriləcək burada heç kəs evini satmaq istəmir. Lakin buradan ev almaq istəyənlər çoxdur. Bu, yaxşı yatırımdır. Nəzərə alaq ki, mənzilin dəyəri əvvəlkindən 10% artıqdır”, - Ələkbər Əliyev adlı makler bəyan edir.

Qərara əsasən, Fövqəladə Hallar Nazirliyinə "Pilot layihə" kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, "Xruşşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosial infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bununla yanaşı, nazirliyə həmin sakinlərə, onlara məxsus olan mənzilin ümumi sahəsindən 10% əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında sökülmüş binalarda olduğu mərtəbədə mənzillərin ayrılmasını təmin etməsi tapşırılıb.

Qərarın icrası ilə əlaqədar yerinə yetiriləcək işlərin əlaqələndirilməsini və qarşıya çıxan məsələlərin operativ və hərtərəfli həllini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən işçi qrup yaradılacaq.

Paylaş:
11995

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər