Daxili işlər naziri Göyçayda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili işlər naziri Göyçayda vətəndaşları qəbul edəcək

20:33 - 06 / 04 / 2017
Daxili işlər naziri Göyçayda vətəndaşları qəbul edəcək

Daxili işlər naziri Ramil Usubov aprel ayının 29-da Göyçay rayonunda vətəndaşları qəbul edəcək.

1news.az-ın məlumatına görə, Göyçay rayon Polis Şöbəsində saat 10:00-da başlayacaq qəbulda Göyçayla yanaşı Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

1news.az

 

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər