“Abşeronneft” NQÇİ-nin özüllərində yeni paylayıcı qurğular istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Abşeronneft” NQÇİ-nin özüllərində yeni paylayıcı qurğular istismara verilib

23:52 - 06 / 04 / 2017
“Abşeronneft” NQÇİ-nin özüllərində yeni paylayıcı qurğular istismara verilib

“Azneft” İB-nin obyektlərində uzun müddət istismarda olan elektrik sisteminin yenilənməsi işləri intensiv şəkildə davam etdirilir.

SOCAR-dan 1news.az-a verilən məlumata görə, Birliyin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində də bu istiqamətdə mühüm işlər görülür, istismar müddəti başa çatan elektrik xətləri, paylayıcı qurğular yenilənir, şəbəkə müasir tipli avadanlıqlarla təchiz olunur.

SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihələri əsasında “Neftqaztikinti” Tresti tərəfindən yeni yeraltı və sualtı kabel, eləcə də hava elektrik ötürücü xətləri çəkilmiş, güc transformatorları, paylayıcı qurğular və paylayıcı şitlər quraşdırılmış, yeni yarımstansiyalar istismara verilib.

Estakadaüstü paylayıcı qurğular və onlar arasında kabel xətləri yenilənmiş, paralel olaraq sualtı kabel xətləri yeni paylayıcı qurğulara köçürülərək təmir olunub. 401 saylı köhnə qəzalı estakadayanı meydançadan 190 və 250 saylı stasionar dəniz özüllərinə çıxan 3 ədəd 6 kV-luq sualtı kabel əsaslı təmir olunaraq 290 saylı özülə köçürülüb. 562 - 401 saylı estakadayanı meydançalararası qəzalı hissədən estakadaüstü 2 ədəd 6 kV-luq kabelin istismarının təhlükəsizliyini təmin etmək məqsədi ilə 1 km uzunluğunda eyni güclü yeni əvəzedici sualtı kabel xətti çəkilib.

“Darvin bankası” yatağında 670-720 saylı dəniz özülləri arasındakı dairəvi elektrik enerji təchizatının təminatı üçün 1,3 km uzunluğunda yeni sualtı kabel xətti çəkilmiş, estakada üzərindəki paylayıcı qurğular və onların hidrotexniki hissələri yenilmiş, paylayıcı qurğularda layihəyə uyğun elektrik avadanlıqları quraşdırılaraq istismara verilib. 

“Azneft” İB-də enerji infrastrukturunun daha da təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

1news.az

Paylaş:
851

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər