“Silk Way Airlines”ın hava gəmiləri parkına daha bir “Boeing 747-8F”" yük təyyarəsi əlavə edildi - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Silk Way Airlines”ın hava gəmiləri parkına daha bir “Boeing 747-8F”" yük təyyarəsi əlavə edildi - FOTO

15:30 - 07 / 04 / 2017
“Silk Way Airlines”ın hava gəmiləri parkına daha bir “Boeing 747-8F”" yük təyyarəsi əlavə edildi - FOTO

Aprelin 7-sində Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın yük aviaşirkəti "Silk Way Airlines"a məxsus yeni "Boeing 747-8F" təyyarəsinin gətirilməsi ilə əlaqədar rəsmi mərasim keçirilib.

1news.az-a şirkətdən verilən xəbərə görə,  tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, "Silk Way Holding"in prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadi şöbəsinin rəhbəri Karter Uilbur və digərləri iştirak ediblər.

Yeni gətirilən təyyarə "Silk Way Airlines" üçün aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu "Boeing" tipli və beşinci "Boeing 747-8F" tipli təyyarədir.

Beləliklə, təyyarənin gətirilməsi "Silk Way Airlines" şirkətinin "Boeing" korporasiyası ilə genişmiqyaslı əməkdaşlıq proqramının birinci mərhələsinin uğurla başa çatması deməkdir.

Proqram çərçivəsində alınan hava gəmilərinin ümumi dəyəri təxminən 1 milyard ABŞ dolları təşkil edir ki, bu da Azərbaycanın özəl müəssisələrinin fəaliyyəti və inkişafı tarixində ən böyük layihədir.

Həmçinin qeyd etmək lazımdır ki, 2005-ci ildən etibarən "Silk Way Airlines" aviaşirkəti həm Amerikanın özəl şirkətləri, həm də ABŞ-ın dövlət sektoru ilə işgüzar münasibətləri inkişaf etdirir və möhkəmləndirir.

"Silk Way Airlines" aviaşirkəti ABŞ-ın müvafiq orqanları tərəfindən sertifikatlaşdırılan və tanınan aviadaşıyıcılardan biridir.

US TRANSCOM (ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı) ilə sıx əməkdaşlıq aviaşirkətə İraq və Əfqanıstan da daxil olmaqla, bütün mühüm istiqamətlər üzrə daşınma sifarişlərini yerinə yetirməyə imkan vermişdir.

Yeni təyyarənin tədarükü "Silk Way Airlines" aviaşirkətinə uçuşların coğrafiyasını genişləndirməyə, daşınan yüklərin həcmini artırmağa və aviadaşımalar bazarının yeni seqmentlərini əhatə etməyə imkan verəcək. Həmçinin bu, aviaşirkətə ümumi hava gəmiləri parkının istismar xərclərini azaltmağa və bunun da nəticəsində bütövlükdə gəlirliliyin artırılmasını təmin etməyə imkan yaradacaq.

Hava gəmiləri parkının genişləndirilməsi ilə "Silk Way Airlines" Azərbaycanın paytaxtından Nyu-York, Çikaqo, Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm yük reysləri ilə yanaşı, Tokio, Cibuti, Nayrobi və Dakkaya yeni reyslərin açılmasını planlaşdırır.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni genişfüzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

“Silk Way Airlines”lə “Boeing” korporasiyası arasında həyata keçirilən əməkdaşlıq proqramına çox yüksək qiymət verən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə müsahibəsində bildirib ki, “Boeing” bu sahədə yaxşı nüfuza malik olan bir şirkətdir: “Hesab edirəm ki, “Boeing”lə AZAL, eyni zamanda ABŞ-la Azərbaycan arasında bu vaxta qədər bu sahədə çox yaxşı və uğurlu əməkdaşlıq var, arzu edirəm və ümid edirəm ki, bu uğurlu əməkdaşlıq bundan sonra da davam edəcək. Vacib məqam ondan ibarətdir ki, ABŞ-la Azərbaycan arasında əlaqələr böyüməkdə və inkişaf etməkdə davam edir”.

Səfir, həmçinin bildirib ki, Azərbaycan son dövrlərdə bir nəqliyyat qovşağı kimi əhəmiyyətini çox artırır, nəqliyyat sahəsində inkişaf günü gündən artır. “Bunu həm yerüstü nəqliyyata - Şimal-Cənub , Qərb-Şərq nəqliyyat dəhlizlərinin inkişafına, həm də hava nəqliyyatına aid etmək olar. Mən çox şadam ki, ABŞ özünün tanınmış keyfiyyətli avadanlıqları ilə Azərbaycanın nəqliyyat qovşağı kimi inkişafında iştirak edir, öz töhfəsini verir və eyni zamanda ABŞ Azərbaycanın hava nəqliyyatından özünü biznes fəaliyyətləri üçün istifadə edir”, - deyən amerikalı səfir bu sahədə çalışan Azərbaycan mütəxəssislərinə də çox böyük qiymət verib. “Çox şadam ki, belə peşəkar və tələbkar mütəxəssislər ABŞ-la əməkdaşlıq edirlər”, - deyib.

1news.az

Paylaş:
3624

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər