Biləsuvarda dəhşətli hadisə: 5 yaşlı uşaq yanaraq öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda dəhşətli hadisə: 5 yaşlı uşaq yanaraq öldü

14:26 - 08 / 04 / 2017
Biləsuvarda dəhşətli hadisə: 5 yaşlı uşaq yanaraq öldü

Biləsuvar rayonunun Zəhmətabad kəndində ölümlə nəticələnən yanğın baş verib.

1news.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, aprelin 7-də saat 1 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndindəki evlərdən birində yanğın baş verib.

Hadisə nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra 5 yaşlı Yağmurun yanmış meyiti tapılıb.

1news.az

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər