Azərbaycanlı deputatlar Türkiyədə referendumu müşahidə edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputatlar Türkiyədə referendumu müşahidə edəcəklər

17:16 - 10 / 04 / 2017
Azərbaycanlı deputatlar Türkiyədə referendumu müşahidə edəcəklər

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Türkiyədə keçiriləcək referendumu müşahidə etmək üçün aprelin 13-də Ankaraya səfərə gedəcəklər.

1news.az-a Milli Məclisin xidmətindən verilən xəbərə görə, millət vəkilləri Türkiyə Konstitusiyasına ediləcək dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsində Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə iştirak edəcəklər.

Deputatlarımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəklər.

Səfər aprelin 17-də başa çatacaq.

1news.az

 

 

 

Paylaş:
537

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər