Səbail rayonundakı “Dostluq parkı”nın ərazisində böyük iməcilik keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbail rayonundakı “Dostluq parkı”nın ərazisində böyük iməcilik keçirilib – FOTO

09:20 - 10 / 04 / 2017
Səbail rayonundakı  “Dostluq parkı”nın ərazisində böyük iməcilik keçirilib – FOTO

Paytaxtın Səbail rayonu ərazisində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində keçən əsrin 70-ci illərində ulu öndərin  təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış “Dostluq parkı”nın ərazisində böyük iməcilik keçirilib.

1news.az-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan iməcilikdə rayonun idarə və təşkilatları, təsərrüfat xidmətlərinin, ali və orta təhsil müəssisələrinin kollektivləri, YAP Səbail rayon təşkilatının çoxsaylı nümayəndələri - ümumilikdə 1000 nəfərdən çox insan iştirak edib.

İməcilikdə həmçinin bir sıra ictimai birlik və qurumların, gənclər təşkilatlarının, şirkətlərin və digər qurumların nümayəndələri də iştrak ediblər.

İməcilik parkın bütün ərazisini əhatə edib. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınıb. Gənclər və məktəblilər küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırıb, parkdakı velosiped yolları süpürülüb. Əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilib, onların dibi açılıb, ərazi qurumuş otlardan təmizlənib, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılıb. Parkda ağacların sulanması üçün çəkilmiş xətlər onların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

İməcilikdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, vergilər nazirinin müavini Sahib Ələkbərov, Milli Məclisin deputatları və digər nümayəndələr həmin gün parkın ərazisində 1000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı və zeytun,  velosiped yollarının kənarlarında dekorativ kollar əkiblər və onların suvarılma məsələlərinə xüsusi diqqət yetirilib. Ağacların gələcək inkişafının təmini üçün bura damcı üsuslu ilə suvarılma xətləri çəkilib.

Mövsüm ərzində Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin  davam etdirilməsi nəzərdə tutulub.

1news.az

 

Paylaş:
664

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər