Elmar Məmmədyarov Polşaya gedib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Polşaya gedib

09:50 - 10 / 04 / 2017
Elmar Məmmədyarov Polşaya gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfərə yola düşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində Elmar Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək.

Polşaya səfər əsnasında Elmar Məmmədyarov 12 aprel tarixində Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

1news.az

Paylaş:
872

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər