Rusiya prezidenti Bakı arxiyepiskopunu “Dostluq” ordeni ilə təltif edib | 1news.az | Xəbərlər
Siyasət

Rusiya prezidenti Bakı arxiyepiskopunu “Dostluq” ordeni ilə təltif edib

22:14 - 10 / 04 / 2017
Rusiya prezidenti Bakı arxiyepiskopunu “Dostluq” ordeni ilə təltif edib

Rusiya prezidenti Vladimir Putin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanı (İşşeini) “Dostluq” ordeni ilə təltif edib.

Rusiya prezidentinin ölkənin rəsmi hüquq informasiyası portalında dərc edilmiş Fərmanında deyilir ki, Moskva Patriarxlığının Bakı və Azərbaycan Yeparxiyasına başçılıq edən Aleksandr Ata rus diasporunun dəstəklənməsi işinə böyük töhfəsinə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı konfessiyalararası anlaşmanın və əməkdaşlığın möhkəmlənməsi istiqamətində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.

AZƏRTAC

Paylaş:
811

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər