Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

22:27 - 10 / 04 / 2017
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 100-130, Lənkəran-Astara bölgəsi çaylarında isə  20-50  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, aprelin 10-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 222 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 220 m3/s olmaqla ongünlük normanın 46 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 10-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 22, Salyanda 20, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma, Bankədə isə  7 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 375 sm (2016-cı il aprelin 10-da 428 sm), Şirvanda 241 sm (2016-cı il aprelin 10-da 343 sm), Salyanda 190 sm (2016-cı il aprelin 10-da 267 sm), Bankədə 191 sm (2016-cı il aprelin 10-da 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 80 sm (2016-cı il aprelin 10-da 135 sm) təşkil edir. 

1news.az

Paylaş:
528

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər