Bakıda doğuş zamanı ana və övladı dünyasını dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda doğuş zamanı ana və övladı dünyasını dəyişib

10:56 - 10 / 04 / 2017
Bakıda doğuş zamanı ana və övladı dünyasını dəyişib

Bakının Yasamal rayonunda doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb.

1news.az “Report”a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Doğum şöbəsində dünyasını dəyişib.

Ana eyni zamanda övladını da itirib. N.Orucovanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Mərhumun yaxınları ana və övladının həkimlərin səhvi ucbatından öldüyünü iddia edirlər.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.

1news.az

Paylaş:
788

Son xəbərlər

Bütün xəbərlər