Azərbaycan Cibutiyə humanitar yardım göndərib
Azərbaycan Prezidentinin tapşırığına əsasən Cibuti Respublikasına humanitar yardım göndərilib.
1news.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi cari ilin aprel ayının 10-da Azərbaycan Hökuməti adından Cibuti Respublikasına humanitar yardım yola salıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə yola salınan və ümumi kütləsi 76 tona yaxın olan humanitar yardıma 56 ton müxtəlif növ ərzaq məhsulları (qənd, şəkər tozu, çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel) və 20 ton içməli su daxildir.
1news.az
681