Elmar Məmmədyarov Polşa Seyminin başçısı ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Polşa Seyminin başçısı ilə görüşüb

16:21 - 11 / 04 / 2017
Elmar Məmmədyarov Polşa Seyminin başçısı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Polşa Seyminin başçısı Marek Kuçinski ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, seymin başçısı Azərbaycan ilə əlaqələri xüsusi əhəmiyyət verdiyini və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxundu.

Görüşdə qeyd olundu ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ümumilikdə 7 dəfə Polşaya səfər edib və bütün Polşa Prezidentləri Bakıda olub.

Seymin başçısı Marek Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişinin imzalanmasını dəstəklədiklərini qeyd etdi.

Elmar Məmmədyarov Azərbaycan və Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırdı.

Nazir Seymin başçısına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verdi və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şursının qəbul etdiyi 4 qətnamənin tələblərindən söz açdı. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğuladı.

1news.az

Paylaş:
454

Son xəbərlər

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51
Bütün xəbərlər