Azərbaycan və İtaliya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və İtaliya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

18:24 - 11 / 04 / 2017
Azərbaycan və İtaliya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib

Xarici İşlər Nazirliyində Azərbaycan və İtaliya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan XİN-dən 1news.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov, İtaliya Respublikasını isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi xanım Elisabetta Belloni təmsil edib.

X.Xələfov Azərbaycan və İtaliya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq doğurduğunu bildirərək, siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsi baxımından qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirib.

İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edən X.Xələfov enerji sahəsi ilə paralel olaraq qeyri-neft sektorunda da əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb. Bu xüsusda, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, sənaye, turizm sahələrində İtaliyanı təmsil edən şirkətlərin xidmətlərini təqdim etməsi və layihələrdə yaxından iştirak etməsinin qarşılıqlı faydalı olacağını əlavə edib.

X.Xələfov strateji xarakterə malik TAP layihəsinin tamamlanıb istifadəyə verilməsinin həmçinin ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və səylərin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Xanım Belloni bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və keçən müddət ərzində əməkdaşlığın müxtəlif sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

İtaliyanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyən E.Belloni İtaliyanın kənd təsərrüfatı, nəqliyyat, xüsusilə də dəmiryol nəqliyyatı, həmçinin turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. İqtisadiyyat sahəsində hökumətlərarası komissiya və biznes forumların keçirilməsi ənənəsinin gələcəkdə də davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

E.Belloni humanitar sahədə əlaqələrə toxunaraq, bu xüsusda Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyada mədəni irsin qorunması sahəsində xidmətlərini xüsusi qeyd edib.

Sonda X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi barəsində qonağı məlumatlandıraraq, 2016-cı ilin aprel döyüşlərinin, həmçinin Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəsin pozulmasının Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini, yeni ərazilərin işğalına, əlavə qaçqın və məcburi köçkün axınının yaranmasına cəhd göstərdiyini bir daha sübut etdiyini vurğulayıb.

Azərbaycan üçün qəbulolunmaz sayılan hazırki “nə hərb, nə sülh” vəziyyətinin mövcudluğunun regional təhlükəsizlik və inkişafa ciddi təhdid olduğunu qeyd edib. Həmçinin, münaqışənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllinə alternativin olmadığını əlavə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb.

1news.az

Paylaş:
573

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər