Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO

15:26 - 12 / 04 / 2017
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb – FOTO

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 54 hərbi qulluqçusu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Babək Cahandarov

Paylaş:
909

Son xəbərlər

Bütün xəbərlər