Meydan TV milli azlıqların uydurulmuş problemləri haqda məqalə dərc edərək, Azərbaycanda separatizmi alovlandırır | 1news.az | Xəbərlər
Siyasət

Meydan TV milli azlıqların uydurulmuş problemləri haqda məqalə dərc edərək, Azərbaycanda separatizmi alovlandırır

13:12 - 13 / 04 / 2017
Meydan TV milli azlıqların uydurulmuş problemləri haqda məqalə dərc edərək, Azərbaycanda separatizmi alovlandırır

Məlum olduğu kimi, Azərbaycan çoxmillətli ölkədir

Ölkəmizin ərazisində tarixin müəyyən kəsiyində gəlmiş və ya burada əsrlərdir kök salmış müxtəlif xalqların və dinlərin nümayəndləri yaşayırlar. Diqqətçəkən məqam da budur ki, tarixdə hansısa xalqın və ya dinin nümayəndəsinin Azərbaycanda ayrı-seçkilik, zülm və parçalanmaya məruz qalması yer almayıb.

Təsadüfi deyil ki, biz tolerantlıq və səbrlilik ənənələrizimlə fəxr edirik. Və bü gün dünyada multikulturalizm modelini təbliğ edirik.  Qərb politoloqlarının uğursuz siyasətinin təsdiqi olaraq Azərbaycan dünyaya multikulturalizm nümunəsini, bir ölkə daxilində müxtəlif xalqlar, mədəniyyət və dinlərin qarşılıqlı və mehriban yaşamasını təqdim edir.

Bununla yanaşı, xaricdən maliyyələşdirilən, müxalifətçi fəal Emin Millinin rəhbərlik etdiyi Meydan TV-də “Talışlar öz ana dilində oxumaq, yazmaq və baxmaq istəyirlər” iddialı başlıqlı dərc edilmiş məqalə olduqca təəccüblü görünür.

Fotoda: Meydan TV-nin rəhbəri Emin Milli

Təəəcüblüsü budur ki, məqalənin mətni iddialı başlığı əks etdirmir. Belə ki, məqalədə sorğu alınan üç nəfərdən (!!!) sadəcə biri (!!) – maddi vəziyyətinin pisliyindən ümidsizliyə qapılmış, usta-bərpaçı Vaqif Nəsirov qeyd edir ki, SSR-i dağılandan bəri talışlar etnik azlıqların beynəlxalq hüquqlarına söykənərək mədəni muxtariyyət və öz doğma dillərində təhsil tələb edir. O, ölkə hökumətinin bu tələblərdən imtina etməsindən, eləcə də bəzən talışların şiə inancının, hətta “talış” sözündən qıcıqlandırdığından şikayətlənir.

Buradan çıxış edərək V.Nəsirova (əgər o, həqiqətən də varsa və məqalədə əks olunan kimi düşünürsə) bir neçə sual vermək istərdik.

Birincisi, o, sovetlər dönəminin süqutundan sonra talışların hansı tələbindən danışır?

Əgər usta-bərpaçı Azərbaycan milli ordusunun polkovniki Əlikram Hümbətovun “Talış-Muğan respublikası” adlı separatçı yaranmasını nəzərdə tutursa, o zaman bunun hüquqi qiyməti çoxdan verilib və Hümbətovun əməlləri dövlət xaini kimi dəyərləndirilib. Hesab edirik ki, bu qiymətləndirmə istənilən ölkədə də eynilə verilər. Bundan əlavə, talışların özləri belə Hümbətovun fikirlərini dəstəkləmir.

İkincisi, talış şiəliyi dövlət rəhbərliyini necə qıcıqlandıra bilər ki, ölkə əhalisinin çoxu məhz İslamın bu qoluna ibadət edir.

Üçüncüsü isə, maraqlıdır ki, necə və hansı formada hökumət “talış” sözündən “qıcıqlanır”? Kimsə bunun şahidi olubmu? Talışlar Azərbaycanda yaşayan digər xalqlar kimi öz milli mənsubiyyətilə fəxr edir. Bu xalq Azərbaycana çoxlu sayda görkəmli şəxsiyyətlər – dövlət və ictimai xadim, alim, sərkərdə, mədəniyyət və incəsənət adamları bəxş edib. Talışlar digər millətlərin nümayəndləri ilə çiyin-çiyinə ölkənin ərazi bütövlüyünü qoruyur. Belə olan halda, V.Nəsirov “qıcıqlanmanı” nədə görüb?

Dini sıxışdırma məsələsinə gəlincə, çox güman ki, V.Nəsirov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)  Məhərrəm ayında özünü kəsmə və zəncirlə döymə əmələrinin qadağası ilə bağlı tövsiyəsini nəzərdə tutur. Bu tövsiyə təkcə talışalara deyil, bütün inanclı azərbaycanlılara da aiddir. Məlum olduğu kimi, QMİ-nin təbliğatı ilə bir sıra məscid və tibbi məntəqələrdə qanvermə aksiyaları keçirilir. 

Fotoda: Aşura günü Bakıda qanvermə aksiyası

Və burada beşinci sual yaranır: V.Nəsirov burada məhz talışlara qarşı ayrı-seçkiliyi görüb?

Digər diqqətçəkən məqamda budur ki, məqalə rus dilində dərc edilib. Sual olunur, niyə? Əgər Meydan TV Azərbaycanda talışlarla bağlı problem olduğunu göstərmək niyyətindədirsə, o zaman nə üçün bunu Azərbaycan dilində etmirlər? Belə ki, müvafiq qurumlar problemin mövcudluğundan xəbərdar olaraq onun həlli ilə bağlı hansısa tədbirlər görürlər.

Lakin Meydan TV bilir ki, V.Nəsirovun fikirləri əvvəlcədən düşünülmüşdür, Azərbaycanda nəinki talışlar, heç kəs inanmaz. Belə ki, yuxarıda sadaladığımız beş sual bu mövzunun əvvəlcədən hazırlanmış və reallıqla heç bir əlaqəsi olmadığını aydınlaşdırır. Buradan da belə bir nəticə meydana çıxır: birincisi talışlar arasında nifaq salaraq onları hökumətə qarşı yönəltmək, ikincisi, Azərbaycanın beynəlxalq arenadakı imicinə xələl gətirmək, üçüncüsü isə, naxələf qonşumuz olan ermənilərin dəyirmanına su tökməkdir.

Fikirlərimizin doğruluğuna inanmaq üçün Meydan TV-nin Facebook səhifəsində yerləşdirilmiş bu məqalənin aşağısındakı şərhlərə nəzər salmaq kifayətdir. Rəy yazanlar, eləcə də talışlar arasında bu məqaləni qınayan və separatçılığın təbliğinda günahlandıranlar var, erməni rəy yazanlar isə məqalənin saxtalığından həvəslənərək talışları “türk  qandallarını qırmağa” səsləyir.

Bunlardan bir neçəsini nümunə gətirək.

Misal üçün, dərcin ilk şərhi – Kalininqradda yaşayan Emin Ağayevdən: “Meydan TV – mən talışam və mənim vətənim Azərbaycandır. Heç kəs mənim ana dilimi əlimdən almayıb. Düşünürəm ki, sən məni anladın... bizim bir düşmənimiz var – erməni. Düşünürəm ki, talışların 99%-i belə düşünür. Azərbaycanda parçalanmanı istəmirəm. Ölkəmizdə bir çox milliyyətlər var və heç kəs bu cür söhbətlər aparmır”.

Digər talış Cavid Ağayev isə yazır: “Xaricdə oturub, suyu bulandırırlar!!!! Ermənini dost adlandıranlar talışdır. Əgər soy kökünü araşdırsaq görərik ki, onun damarlarından erməni qanı axır. Əlikramın itləri (Əlikram Hümbətovu nəzərdə tutur) Bəli, mən talışam, çox şükürlər olsun ki, bir çoxları kimi kütbeyin deyiləm!!!”

Permdə yaşayan Tonik Toneyan yazır: “Talışlar, bilin ki, bu mübarizədə sizləri iranlılar və ermənilər dəstəkləyəcək. Türk qandallarını atın, azad olun və öz milli mənsubiyyətinizi itirməyin!!!

Tamara Barqesyan yazır: “Gün gələcək, talışlar və Azərbaycandakı digər xalqların nümayəndələri türkçülük yükünü atacaq. Bu, tarixin gələcək deyimidir...”

“Burada xaricdəki antiazərbaycan mərkəzlərinin izləri nəzərə çarpır. Zaman-zaman onlar beynəlxalq cəmiyyətdə Azərbaycanın mənfi imicini formalaşdırmaq istəyirlər. Bəzən isə onlar Azərbaycanda nifaq toxumu əkərək, ölkə ictimaiyyətini yeni Somaliyə, Yəmənə bəlkə də Suriyaya döndərmək istəyirlər”, - bunu 1news.az-a Milli Məclsin deputatı Aydın Mirzəzadə bildirib.

Həmçinin o, qeyd edib ki, Azərbaycan sərfəli geosiyasi yerləşməyə, zəngin tibbi ehtiyatlara malikdir. Ola bilsin ki, bu, xaricdəki kimlərinsə məkrli planlarına mane olur:

“Əlbəttə ki, burada xaricdəki erməni “dostlarımızın”da çox əməyi var. Azərbaycanda milli azlıq və etniklər arasında heç bir problem yoxdur. Azərbaycanda ahəngdar cəmiyyət var. Burada hər kəs öz ana dilini inkişaf etdirə və istifadə edə bilər. Birincisi kim onları talışların sıxışdırılmasından danışmaq səlahiyyəti verib, ikincisi isə, bu məsələ harada qaldırılıb?”

Parlamentari bildirib ki, Azərbaycanın cənub regionundan olan bir çox şəxslər var ki, dövlət orqanlarında yüksək vəzifələrdə çalışır və onlar açıq surətdə talış olmalarını bəyan edir, eləcə də cəmiyyətdə yüksək ehtirama sahibdirlər:

“Cənub regionundakı əhali açıq şəkildə talış dilində danışır. Orada talış dilində qəzetlər dərc edilir, radio və televiziyaların efirində, saytlarda istifadə olunur. Bu problemləri yaradan mərkəzlər nədənsə real peoblemləri həll etməyə çalışmırlar.

Misal üçün, ermənilər tərəfindən Azərbaycanın işğal olunması, bunun nəticəsi olaraq bir milyon məcburi köçkün və qaçqının öz doğma toraqlarına qayıda bilməməsi kimi problem var. Antiazərbaycan mərkəzləri sərf etdikləri vəsaitləri Azərbaycanda ayrı-seçkilik salmaq əvəzinə, daha humanist proqramlara yönəltsələr pis olmazdı.  

Deyək ki, bu vəsaitləri cənub regionumda hansısa məktəbin təmirinə, gənc ailələrin ehtiyacı olan sosial evlərin tikilməsinə sərf edə bilər. Bu zaman həqiqətən də demək olar ki, bizdə baş verən hadisələr kimisə narahat edir. Qalan hallarda isə Azərbaycandakı bütün problemləri başda ölkə başçısı olan Prezident həll edir. Vətənimiz birdir. Və heç kim onu parçalamağa gücü çatmaz”.

1news.az

 

 

 

 

 

Paylaş:
3263

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu07 / 10 / 2024, 11:32Göygöldə əqrəb sancan müəllim ölüb07 / 10 / 2024, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıb07 / 10 / 2024, 10:41
Bütün xəbərlər