Kliçko: Əminəm ki, Bakını görən bütün qonaqlar buraya bir daha gəlmək istəyər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Kliçko: Əminəm ki, Bakını görən bütün qonaqlar buraya bir daha gəlmək istəyər – FOTO

14:40 - 13 / 04 / 2017
Kliçko: Əminəm ki, Bakını görən bütün qonaqlar buraya bir daha gəlmək istəyər – FOTO

Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı, məşhur boksçu Vitali Kliçko Bakıda rəsmi səfərdədir.

Bu gün səhər Vitali Kliçko şəhəri gəzib, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. O, ilk təəssüratlarını azərbaycanlı jurnalistlərlə bölüşüb:

“Prezident İlham Əliyevlə ilk görüşüm Münhendə baş tutub. Orada Bakıya səfər etmək dəvətini aldım və buradayam. Gördüklərimdən heyran qaldım! Bir neçə saat ərzində gördüklərim müsbət təəssüratlar yaratdı.

Şəhər çox gözəldir! Yeni tikililərlə yanaşı, qədimilik və orijinallıq da qorunub saxlanılıb. Əminən ki, buraya gələn hər bir kəs Bakıya vurularaq, bir daha geri qayıtmaq arzusunda olur”.

Vitali Kliçko Prezident İlham Əliyevlə görüşüü çox məhsuldar olduğunu hesab edir:

“Deklarasiyalardan konkret addımlara keçid məqamlarını, eləcə də Ukrayna ilə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivləri müzakirə etdik”.

Kiyev meri hesab edir ki, Azərbaycanla Ukrayna arasında əməkdaşlığın potensialını mədəniyyət, idman və biznes sahəsinin inkişafı hesabına artırmaq olar:

“İdman və mədəniyyət sahəsində istənilən tədbir ölkəni beynəlxalq arenada təmsil etmək, idman və incəsənətin sərhədi olmadığı üçün ölkələri birləşdirmək kimi gözəl imkanlar verir”.

1news.az

 

Paylaş:
620

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər