Azərbaycan- Rusiya dövlət sərhədinin demarkasiyası üzrə birgə komissiyanın iclası başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan- Rusiya dövlət sərhədinin demarkasiyası üzrə birgə komissiyanın iclası başlayıb

10:50 - 13 / 04 / 2017
Azərbaycan- Rusiya dövlət sərhədinin demarkasiyası üzrə birgə komissiyanın iclası başlayıb

Bakı şəhərində Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə birgə komissiyanın növbəti 4-cü iclası öz işinə başlayıb.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə,  Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edir. Rusiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyindən Rusiya ilə Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə birgə komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik edir.

Birgə Komissiyanın iclasının işində hər iki ölkənin dövlət komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak edir.

İclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılır. Eyni zamanda, birgə komissiya tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsinin razılaşdırılması və təsdiq edilməsi nəzərdə tutulur.

Birgə komissiyanın iclası 17 aprel 2017-ci il tarixinə qədər davam edəcək.

Pərvanə Sultanova

 

Paylaş:
478

Son xəbərlər

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51
Bütün xəbərlər