Magistratura imtahanında ən çox bal toplayan tələbə: “Dünyanın tanınmış İT şirkətlərində çalışmaq istəyirəm” | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistratura imtahanında ən çox bal toplayan tələbə: “Dünyanın tanınmış İT şirkətlərində çalışmaq istəyirəm”

12:18 - 13 / 04 / 2017
Magistratura imtahanında ən çox bal toplayan tələbə: “Dünyanın tanınmış İT şirkətlərində çalışmaq istəyirəm”

Magistratura imtahanının I mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Mühəndislik Universitetinin tələbələri mümkün 100 baldan 99 bal toplayıb.

1news.az həmin tələbələrin təəssüratlarını təqdim edir:

Qalib Sarayev - Bakı Mühəndislik Universiteti

Qalib Salayev Balakən şəhəri Humanitar və texniki təmayüllü liseyi qızıl medalla bitirib, 667 balla ali məktəbə daxil olub. Magistraturaya qəbul imtahanının birinci mərhələsində mümkün 100 baldan 99 bal toplayıb:

“Məqsədim ən yüksək bal toplayaraq birinci olmaq idi. İmtahandan sonra ümidim var idi ki, yüz bal toplamışam. Amma birincilikdən cəmi bir bal ayırdı. Təhsilimi Bakı Mühəndislik Universitetində davam etdirəcəyəm. Bundan sonra məqsədim öz ixtisasım üzrə peşəkar olmaq üçün çalışmaqdır. Hesab edirəm ki, təhsilim hələ qarşıdadır. İxtisasım üzrə irəli gedib, dünyanın tanınmış İT şirkətlərində çalışmaq istəyirəm”.

Fəxri Qurbanzadə - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Fəxri Qurbanzadə Bərdə rayon Qarağacı kənd tam orta məktəbini bitirib, 641 balla ali məktəbə daxil olub. Magistraturaya qəbul imtahanının birinci mərhələsində 99 bal toplayıb:

“Akademiyada dərslərə hər zaman hazırlıqlı olmuşam. Magistraturaya hazırlaşan zaman da çalışırdım ki, məsuliyyəti olum. Çünki məqsədim var idi, maksimum bal toplamalı idim. Sualların hamısını cavablandırmışdım. Sadəcə birində diqqətsizlik etdim. İxtisasım beynəlxalq münasibətlərdir. Elə ixtisasım üzrə də Dövlət İdarəçilik Akademiyasında təhsilimi davam etdirəcəyəm”.

Yaşar Nəsibov - Bakı Mühəndislik Universiteti

Yaşar Nəsibov 2012-ci ildə Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbi qızıl medalla bitirib, 679 balla  ali məktəbə qəbul olub. 5 il ərzində Prezident təqaüdü ilə təhsil alan Yaşar magistratura qəbul imtahanında 99 bal toplayıb:

“Respublika birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Uğur qazanmaq üçün ailəmin, yaxınlarımın, müəllimlərin dəstəyi çox böyük oldu. Əgər qarşına məqsəd qoyursansa, onun üçün çalışmaq lazımdır və o zaman nəticəni mütləq görmək olur. Dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alıram. Təhsilimi Bakı Mühəndislik Universitetində davam etdirəcəyəm”.

1news.az

Paylaş:
4443

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər