Newtimes.az-ın 5 yaşı: məsuliyyətli və şərəfli yol ilə | 1news.az | Xəbərlər
Siyasət

Newtimes.az-ın 5 yaşı: məsuliyyətli və şərəfli yol ilə

17:51 - 14 / 04 / 2017
Newtimes.az-ın 5 yaşı: məsuliyyətli və şərəfli yol ilə

Müasir cəmiyyətlərdə medianın çox ciddi rol oynadığı məlumdur. 5 il əvvəl Newtimes.az-ı yaradanlar bunu gözəl dərk edirdilər. İndi qət edilən yola baxdıqda, ölkənin elektron nəşr aləminə fərqli nəfəsli bir portalın daxil olduğunu görürük.

Analitik portalın kollektivi oxucuya müxtəlif sahələri əhatə edən və aktuallıq daşıyan mövzuları təqdim edib. Onları birləşdirən ümumi cəhətlər hansılardır? Portal fəaliyyətini hansı istiqamətlərdə qurub və davamını necə görür? Bu suallara cavabla bağlı fikirlərimizi dəyərli oxucularımızla bölüşməyi uyğun bildik.

5 il bundan əvvəl Azərbaycan KİV-ləri sırasına Newtimes.az adlı portal daxil olanda çoxları bunu sıradan bir hadisə kimi qəbul etdi. Nəşrin yaradıcıları isə çox geniş, əhatəli, təsirli, obyektiv xarakterli və dövlətçiliyə xidmət edəcək mövzuları analiz etməyi qarşıya məqsəd qoymuşdular. Onlar bununla Azərbaycan KİV-də dünya mediasında öz işığı olan bir "ailə" yaratmaq istəyirdilər. Bu gün keçilən yola baxarkən portalın yaradıcılarını ürəkdən təbrik etmək olar! Çünki görülən işlər həm dövlətçiliyə, həm jurnalist etikasına, həm də söz azadlığının inkişafına ciddi töhfələrdir!

Newtimes.az analitik məzmunlu məqalələr dərc edir. Onlar qlobal, regional və ölkədaxili mühit üçün aktual olan problemlərə həsr edilib. Başlanğıcdan məqsəd geosiyasət, iqtisadiyyat, siyasət, mədəniyyət, təhlükəsizlik və digər mühüm sferaların ən əhəmiyyətli problemlərinin təhlilinə üstünlük vermək idi. 5 il ərzində portal bu istiqamətə tam sadiq olub. Mövzuların işlənməsində Azərbaycan dövlətçiliyi, cəmiyyət, milli inkişafın, demokratik quruculuğun bərqərar olması xüsusi yer tutub. Burada istiqamətverici rolu isə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi vətənpərvərlik, azərbaycançılıq və bəşəriliyin sintezini ifadə edən siyasi xətt oynayıb, indi də oynamaqdadır. Portal bu vəzifənin öhdəsindən gəlmək üçün daim Prezident İlham Əliyevin KİV-ə ünvanladığı tövsiyələri, göstərişləri və tapşırıqlarını diqqətə alıb. Cənab Prezidentin obyektivliyi, dərin analiz imkanları, müstəqil dövlətçiliyə, Ulu öndərin dövlət quruculuğu kursuna sonsuz sədaqəti portalın kollektivinin mayakı olub. Məhz bu cür ciddi və dəyişməz mövqeyə görə Newtimes.az həm ölkə mediasında, həm də dünyanın analoji nəşrləri sırasında layiqli yerini tutub.

Onun irəli sürdüyü tezislər, gəldiyi qənaətlər, verdiyi proqnozların əksəriyyəti özünü təsdiq edib. Məsələn, qlobal səviyyədə geosiyasi dinamikanın mürəkkəbləşəcəyi barədə keçən ilin əvvəlində verilən proqnoz indi öz təsdiqini tapır. Dünyanın qlobal nizamının yeniləşməsinin əsas parametrlərinin təkamül dinamikası barədə irəli sürülən tezislər özünü doğrultmaqdadır. Prezident İlham Əliyevin ifadə etdiyi fikirlər əsasında aparılan təhlillərdən əldə edilən qənaətlərin düzgünlüyü aydın olur. Portalda dərc edilən məqalələrdə Azərbaycanın beynəlxalq imicinin durmadan yüksələcəyi, islahatların daha təkmil formada davam etdiriləcəyi, ölkəmizin regionun lider dövləti kimi mövqeyinin daha da möhkəmlənəcəyi ilə bağlı proqnozlar verilmişdi. 5 il müddətində bu proqnoz özünü tam doğruldub.

Regional miqyasda gedən proseslərə həsr edilən məqalələrdə Azərbaycanın sülhsevər siyasətinin yeni məzmun kəsb edəcəyi öncədən ifadə edilmişdi. Bu tezis öz təsdiqini ölkə başçısının yeni regional əməkdaşlıq formatını təklif etməsində, onların artıq səmərə verməsində, yeni enerji layihələrinin (TAP, TANAP, "Cənub qaz dəhlizi") reallaşmasında, nəqliyyat dəhlizlərinin işə salınmasında tam olaraq tapıb. Son 5 ildə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıqda yeni strategiya üzrə hərəkət edəcəyi fikri də məqalələrdə xüsusi vurğulanıb. Müəlliflər bu tezisi Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış yeni strateji əməkdaşlıq kursunun geosiyasi-nəzəri təhlili əsasında irəli sürmüşdü. Nəhayət, 2016-cı ilin sonuna yaxın Avropa İttifaqı da bu reallığı qəbul etməli oldu.

Portal daim ölkədaxili mühit üçün aktual olan və dövlətçilik, demokratiya, vətəndaş cəmiyyətinin mühüm aspektlərini əks etdirən mövzuların işlənməsinə xüsusi yer verib. 5 il müddətində daim ölkə rəhbərliyinin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən islahatların məzmunu və məqsədi barədə təhlili yazılar dərc olunub. Onlarda dövlət başçısının siyasi kursunun çox müxtəlif cəhətləri obyektivliklə və müasir elmi yanaşma əsasında analiz edilib, uyğun qənaətlər əldə edilib, proqnozlar verilib. Bu istiqamət indi də portal üçün prioritet sayılır.

Təbii ki, Newtimes.az kimi dövlətçi mövqeyi olan bir nəşr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr edilən yazılara da böyük önəm verib. Bu problemlə bağlı meydana gələn hər bir əhəmiyyətli fakta, siyasi hadisəyə, hərbi vəziyyətə dərhal reaksiya verilib. Onların geniş təhlili aparılıb, Ermənistanın təcavüzkar siyasətinin məqamları oxucuya inandırıcı surətdə çatdırılıb. Münaqişə ilə bağlı Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mahiyyəti və məzmunu dərindən təhlil edilib.

Yuxarıda vurğulanan məqamlar portalı ölkə və dünya KİV-i üçün kifayət qədər cəlbedici edib. Təsadüfi deyil ki, həm Azərbaycan, həm dünya mediası Newtimes.azda nəşr olunmuş məqalələrə mütəmadi olaraq müraciət edib, onları öz səhifələrində təkrar çap ediblər.

Portalın kollektivi seçdiyi yolda əminliklə irəliləmək, dövlətçiliyə xidməti davam etdirmək, aktual hesab etdiyi mövzuları işləmək, sıralarına yeni yazarlar daxil etmək əzmindədir. Nəşrin qapısı obyektiv, dərin, savadlı və müasir elmi tələblərə cavab verən yazı əmələ gətirə bilən bütün ekspert və analitiklərin üzünə açıqdır!

Cahangir Məmmədli

Bakı Dövlət Universitetinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri

Paylaş:
1301

Son xəbərlər

Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47
Bütün xəbərlər