Bakıda əri ilə dalaşan 25 yaşlı qadın özünü binadan atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda əri ilə dalaşan 25 yaşlı qadın özünü binadan atıb

12:09 - 14 / 04 / 2017
Bakıda əri ilə dalaşan 25 yaşlı qadın özünü binadan atıb

Bakıda intihara cəhd olub.

1news.az APA-ya istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi, Alim Şəfiyev küçəsi ev 13, mənzil 15 ünvanında yaşayan, 25 yaşlı Vəfa Vaqif qızı Quliyeva yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb.

O, ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan Lent.az-a bildirilib ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən qadının bel fəqərələri sınıb. Ümumi durumu stabil sayılır. Müayinələr yekunlaşdıqdan sonra əməliyyat olunacaq. Həkimlər tərəfindən lazımı tədbirlər görülür.

İlkin məlumata görə, V. Quliyeva həyat yoldaşı ilə dalaşdığı üçün bu addımı atıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fərid Ədalət

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər