Əli Şəmxani: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Bu gün Müdafiə naziri Zakir Həsənov İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.
1news.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tərəflər terrorizm və güc tətbiqinin bölgə, ümumiyyətlə, bütün dünya üçün böyük təhlükə yaratdığını bildirərək bu çağırışlara qarşı mübarizədə iki ölkənin səylərinin daha da artırılmasının vacibliyini vurğulayıblar.
Ə.Şəmxani ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və sərhədlərin güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduğunu, eləcə də regiondakı problemlərin danışıqlar vasitəsilə həll edilərək sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının tərəfdarı olduğunu xüsusi qeyd edib.
1news.az
448